Cənubi Koreyada koronavirusa yoluxanların sayı 8,2 min nəfəri ötdübackend

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 8,2 min nəfəri ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 74 nəfər artıb.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi bildirib.

Qeyd edilir ki, bununla da Koreya Respublikasında koronavirusa yoluxanların sayı 8 236 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı (75 nəfər) dəyişməyib.

Cənubi Koreya həkimlərinin məlumatına görə, xəstəxanalardan 303 pasiyent sağalaraq evə buraxılıb. Koronavirus epidemiyasının başlanğıcından respublikada ümumilikdə 1 137 nəfər sağalıb.

Həkimlər qeyd edirlər ki, ölkədə aşkar edilmiş xəstələrin sayı ardıcıl ikinci həftədir ki, azalır. Virusa 74 yoluxma halının 35-i Tequ şəhərində təsdiqlənib.