Tribuna İnformasiya Agentliyi

Cenoada ölənlərin sayı artır

15 Avqust

Ötən gün İtaliyanın Cenoa şəhərində yerləşən Morandi körpüsünün uçması nəticəsində dünyasını dəyişən şəxslərin sayı 31 nəfərə çatıb.

TİA.AZ BBC-yə istinadən xəbər verir ki, hadisə zamanı 16 nəfər yaralanıb, 12 nəfər isə hələ də itkindir. Çox sayda avtomobil uçqun zamanı 45 metr yüksəklikdən düşüb. Xilasetmə qrupunun 250 üzvü axtarış-xilasetmə tədbirlərinə davam edirlər. Körpü çökəndən sonra ərazidən yüzlərlə insan evakuasiya edilib.