CENEVRƏDƏ NAZİRLƏRIN İKİTƏRƏFLİ GÖRÜŞÜNDƏN GÖZLƏNTİLƏR – EKSPERT ŞƏRHİbackend

CENEVRƏDƏ NAZİRLƏRIN İKİTƏRƏFLİ GÖRÜŞÜNDƏN GÖZLƏNTİLƏR – EKSPERT ŞƏRHİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan otuz ilə yaxın bir müddətdə, xüsusi ilə də İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə istənilən sülh sazişi ilə bağlı platformaya, o cümlədən də Brüssel görüşlərinə açıq olduğunu nümayiş etdirib”.

Bunu TİA. Az-a açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüş haqqında danışarkən politoloq Xəyal Bəşirli deyib.

“Ən son 31 avqust tarixində Brüsseldə Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüssel formatı çərçivəsində baş tutan görüşdə liderlərin razılaşması bundan ibarət oldu ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşləri keçirilsin, sülh sazişinin mətni müzakirə edilməsi ilə bağlı danışıqlar aparılsın. Təbii ki, bundan sonra Ermənistanın təxribatı hadisələrin başqa istiqamətə getdiyini göstərdi. Həmçinin sentyabr təxribatından sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və orada olduğu müddətdə ziddiyyətli və əsassız bəyanatlar səsləndirməsi Ermənistanın danışıqlar prosesində fərqli addım atmasını göstərdi.
Brüsseldə 31 avqustda əldə olunan razılaşmaya uyğun olaraq əsas görüş məhz Cenevrədə baş tutacaq görüşdür ki, orada Brüssel görüşündə nəzərdə tutulan məsələlərin müzakirəsi keçiriləcək. Eyni zamanda düşünürəm ki, Azərbaycan tərəfi ilə yanaşı Ermənistan tərəfi də sözügedən görüşə sülh sazişinin mətninin müzakirəsi niyyəti ilə gələcək. İstənilən halda hesab edirəm ki, Azərbaycan həm Brüssel formatında həm də şimal qonşumuzun keçirdiyi görüşlərdə addım-addım sülh sazişinin imzalanması istiqamətində siyasətini yürütməkdədir”,- politoloq bildirib.

TİA. Az