Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıbbackend

Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb

İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

TİA.AZ  xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan feysbuk səhifəsində bildirib.

Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə keçirilir.

Xatırladaq ki, daha əvvəl Ermənistan XİN başçısının ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü keçirilmişdi.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki