Çempionlar Turu: Şəhriyar Məmmədyarov Aronyanla qarşılaşacaqbackend

Çempionlar Turu: Şəhriyar Məmmədyarov Aronyanla qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində bu gün həlledici raundun ilk görüşləri keçiriləcək.

TİA.AZ-ın məlumatına görə, yarımfinalda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.

Çempionluq oyununda isə Karlsenlə Nakamura üz-üzə gələcək.

Final görüşləri də 2 gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

Çempionlar Turu: “New In Chess”

Final

Maqnus Karlsen (Norveç) – Hikaru Nakamura (ABŞ)

3-cü yer uğrunda görüş

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Levon Aronyan (Ermənistan)

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.