Çempionlar turu: Şəhriyar Məmmədyarov 12 yaşlı qrossmeysterlə qarşılaşacaqbackend

Çempionlar turu: Şəhriyar Məmmədyarov 12 yaşlı qrossmeysterlə qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsinin iştirakçıları bəlli olub.

TİA.AZ-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov “Chessable Masters” adlanan turnirdə mübarizə aparacaq. Teymur Rəcəbovun adı isə siyahıya daxil edilməyib.

Təşkilatçılar 16 şahmatçıdan 13-nün adını açıqlayıb. Onların arasında 12 yaşında qrossmeyster adını qazanmış ABŞ təmsilçisi Abhimanyu Mişra da var. Digər 3 şahmatçı daha sonra bəlli olacaq.

Qeyd edək ki, iyulun 31-də start götürəcək onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min dollar əldə edəcək.