Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsinə yekun vurulub.
TİA.AZ-ın məlumatına görə, finalda Karlsenlə ABŞ təmsilçisi Hikaru Nakamura qarşılaşıb. Bu gün keçirilən ikinci oyun günündə 2:2 hesablı heç-heçə qeydə alınıb. Tərəflər hərəyə 1 qələbə, 2 heç-heçə ediblər.
İlk oyun günündə Karlsen 3:1 hesabı ilə qalib gəldiyi üçün mərhələnin qalibi olub.
Qeyd edək ki, 3-cü yeri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov tutub.
Çempionlar Turu: “New In Chess”
Final
21:00. Maqnus Karlsen (Norveç) – Hikaru Nakamura (ABŞ) – 2:2 (0:1, 0,5:0,5; 1:0; 0,5:0,5)
İlk oyun – 3:1
3-cü yer uğrunda görüş
21:00. Şəhriyar Məmmədyarov (Azərbaycan) – Levon Aronyan (Ermənistan) – 2,5:0,5 (1:0; 0,5:0,5; 1:0)
İlk oyun – 2:2
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanıb.