Çempionlar Turu: Bu gün finalçılar müəyyənləşəcəkbackend

Çempionlar Turu: Bu gün finalçılar müəyyənləşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində bu gün finalçılar müəyyənləşəcək.

Yarımfinal mərhələsinin cavab görüşündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək. İlk görüşdə Məmmədyarov 1:3 hesabı ilə uduzduğundan, bugünkü ilk 4 qarşılaşmanın yekununda və tay-brekdə qalib olmalıdır.

1/4 finalda Teymur Rəcəbovu mübarizədən kənarlaşdıran Maqnus Karlsen isə digər yarımfinalda Ermənistan şahmatçısı Levon Aronyanla görüşəcək. İlk yarımfinalın yekununda heç-heçə qeydə alınıb – 2:2.

Çempionlar Turu: “New In Chess”

Yarımfinal, cavab görüşləri

Hikaru Nakamura (ABŞ) – Şəhriyar Məmmədyarov (Azərbaycan)

İlk görüş – 3:1

Levon Aronyan (Ermənistan) – Maqnus Karlsen (Norveç)

İlk görüş – 2:2

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.