Çempionlar Liqasının qalibi 200 milyon avroya futbolçu alırbackend

Çempionlar Liqasının qalibi 200 milyon avroya futbolçu alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Çelsi” “Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Hollandı transfer etmək üçün hərəkətə keçib.
TİA.AZ “Daily Mail”ə istinadən xəbər verir ki, Çempionlar Liqasının qalibi norveçli hücumçunun keçidi ilə bağlı danışıqlara start verib. Bildirilir ki, Hollandın transferi “Çelsi”yə 200 milyon avroya başa gələ bilər.
Qeyd edək ki, Erlinq “Borussiya”ya 2020-ci ilin yanvarında “Zalsburq”dan 20 milyon avroya keçib. O, son mövsümdə Almaniya klubunun heyətində 41 oyuna çıxaraq 41 qol vurub və 12 məhsuldar ötürmə edib. “Transfermarkt” oyunçunun bazar qiymətini 110 milyon avro qiymətləndirir.