Çempionlar Liqasının püşkatması yenidən keçirildi, cütlüklər müəyyənləşdibackend

Çempionlar Liqasının püşkatması yenidən keçirildi, cütlüklər müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması təkrarlanıb.
TİA.AZ xəbər verir ki, buna səbəb püşkatma zamanı texniki səhvə yol verilməsidir.
Belə ki, püşk eyni qrupda mübarizə aparan iki komanda -“Vilyarreal” və “Mançester Yunayted”i üz-üzə qoyub. Səhvini başa düşən mütəxəssislər püşkatmanı yenidən keçirib.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
“Zaltsburq” (Avstriya) – “Bavariya” (Almaniya)
“Sportinq” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə)
“Benfika” (Portuqaliya) – “Ayaks” (Niderland)
“Çelsi” (İngiltərə) – “Lill” (Fransa)
“Atletiko” (Madrid, İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
“Vilyarreal” (İspaniya) – “Yuventus” (İtaliya)
“İnter” (İtaliya) – “Liverpul” (İngiltərə)
PSJ (Fransa) – “Real Madrid” (İspaniya)