Çempionlar Liqasının bütün yarımfinalçıları müəyyənləşibbackend

Çempionlar Liqasının bütün yarımfinalçıları müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 13-də futbol üzrə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə yekun vurulub.

TİA.AZ xəbər verir ki, mərhələnin son iki görüşü İspaniya və İngiltərədə oynanılıb.
“Liverpul” ilk matçda Portuqaliyada 3:1 hesabı ilə qalib gəldiyi “Benfika”nı qəbul edib.
İngiltərənin “Liverpul”u cavab oyununda Portuqaliyanın “Benfika” klubunu qəbul edib. İlk matçda 3:1 hesablı qələbə qazanan mersisaydlılar ikinci qarşılaşmada heç-heçəyə razılaşıb – 3:3.
Beləliklə, Yurgen Kloppun başçılıq etdiyi kollektiv iki matçın nəticəsinə əsasən yarımfinala adlayıb və İspaniyanın “Vilyarreal” klubunun rəqibi olub.
“Mançester Siti” isə İspaniyanın “Atletiko Madrid” komandasının qonağı olub. “Şəhərlilər” evdəki ilk görüşdə minimal hesablı qələbə qazanıb. Cavab görüşü gərgin keçsə də hesab açılmayıb. Matçın 90-cı dəqiqəsində baş hakim madridlilərin futbolçusu Felipeyə birbaa qırmızı vərəqə göstərərək meydandan kənarlaşdırıb.

Bu nəticəyə əsasən Mançester təmsilçisi yarımfinala vəsiqə qazanıb.

Beləliklə, qitənin ən nüfuzlu klub turnirin yarımfinalında “Real Madrid” – “Mançester Siti” və “Vilyareal” – “Liverpul” klubları üz-üzə gələcək.