Çempionlar Liqasında sensasiya: “Şerif” səfərdə “Real Madrid”i məğlub etdibackend

Çempionlar Liqasında sensasiya: “Şerif” səfərdə “Real Madrid”i məğlub etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun daha 6 oyunu keçirilib.

TİA.AZ xəbər verir ki, turun mərkəzi qarşılaşması A qrupunda baş tutub. PSJ Fransada turnirin son finalçısı olmuş İngiltərənin “Mançester Siti” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada son nöqtəni qoyan Lionel Messi Paris təmsilçisində ilk qolunu vurub. Bu qrupun digər matçında Almaniya “Leyptsiq”i evdə Belçikanın “Brügge” komandasına uduzub – 1:2.

Daha bir maraqlı görüş B qrupunda İtaliyanın “Milan” və İspaniyanın “Atletiko” (Madrid) komandaları arasında olub. Bu oyunda qonaqlar qalib gəliblər – 1:2. İngiltərə “Liverpul”u isə Portuqaliyada “Portu”nun qapısından 5 top keçirib.

Gecənin sensasiyası D qrupunda qeydə alınıb. Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən Moldova “Şerif”i İspaniyada “Real Madrid”ə 2:1 hesabı ilə qalib gəlib.

Çempionlar Liqası

II tur

28 sentyabr

A qrupu

23:00. PSJ (Fransa) – “Mançester Siti” (İngiltərə) – 2:0

Qollar: İdrissa Geye, 8, Lionel Messi, 74

23:00. “Leyptsiq” (Almaniya) – “Brügge” (Belçika) – 1:2

Qollar: Kristofer Nkunku, 5 – Hans Vanaken, 22, Mats Rits, 41

Xal durumu: PSJ – 4, “Brügge” – 4, “Mançester Siti” – 3, “Leyptsiq” – 0.

B qrupu

23:00. “Milan” (İtaliya) – “Atletiko” (Madrid, İspaniya) – 1:2

Qollar: Rafael Leao, 20 – Antuan Qrizmann, 84, Luis Suares, 90+7 (penalti)

Qırmızı vərəqə: Frank Kessi, 31 (“Milan”)

23:00. “Portu” (Portuqaliya) – “Liverpul” (İngiltərə) – 1:5

Qollar: Mehdi Taremi, 75 – Məhəmməd Salah, 18; 60, Sadio Mane, 45, Roberto Firmino, 77; 81

Xal durumu: “Liverpul” – 6, “Atletiko” – 4, “Portu” – 1, “Milan” – 0

C qrupu

23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Sportinq” (Portuqaliya) – 1:0

Qol: Doniyell Malen, 37

Xal durumu: “Ayaks” – 6 (2 oyun), “Borussiya” – 6, “Beşiktaş” – 0, “Sportinq” – 0

D qrupu

23:00. “Real Madrid” (İspaniya) – “Şerif” (Moldova) – 1:2

Qollar: Kərim Benzema, 64 (penalti) – Jasur Yaxşiboyev, 25, Sebastyen Till, 90

Xal durumu: “Şerif” – 6, “Real Madrid” – 3, “İnter” – 1, “Şaxtyor” – 1