Tribuna İnformasiya Agentliyi

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək

10 Aprel

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

TİA.AZ -ın xəbərinə görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Hər iki oyunda qonaq komanda üç top üstünlüyə malikdir.

İlk oyunda doğma meydanda “Roma”nı 4:1 hesabla darmadağın edən “Barselona”nın səfər görüşündə də çətinlik çəkməyəcəyi gözlənilir.

“Mançester Siti”nin də “Liverpul”u keçməsinə yalnız komandanın sadiq azarkeşləri inanır. İlk oyun mersesaydlıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.