Çempionlar Liqasında 1/4 final mərhələsi başlayırbackend

Çempionlar Liqasında 1/4 final mərhələsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

TİA.AZ-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün maraqla gözlənilən görüşü İspaniyada “Real Madrid” və İngiltərə “Liverpul”u arasında olacaq.

Hər iki komanda görüşə ciddi itkilərlə çıxacaq. “Kral klubu”nun heyətində kapitan Serxio Ramosla yanaşı, Eden Azar və Dani Karvahalın zədə səbəbindən oynamayacağı dəqiqdir. Qonaqlarda isə Vircil van Deyk, Co Qomes, Cordan Henderson və Divok Origi zədəlidir.

Günün digər matçı İngiltərədə gerçəkləşəcək. “Mançester Siti” Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edəcək. “Şəhərlilər”in heyətində itki yoxdur, Dortmund təmsilçisində isə Dan-Aksel Zaqadu, Ceydon Sanço və Yussufa Mukoko zədədən əziyyət çəkir.

Bu komandaların cavab oyunları aprelin 14-də olacaq.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

23:00. “Real Madrid” – “Liverpul” (İngiltərə)

23:00. “Mançester Siti” – “Borussiya” (Almaniya)