Çempionlar Liqası: “Şkupi”, “Şerif”, “Lüdoqorets” və “Malmö” mərhələ adlayıbbackend

Çempionlar Liqası: “Şkupi”, “Şerif”, “Lüdoqorets” və “Malmö” mərhələ adlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

TİA.AZ-ın məlumatına görə, ilk oyun günündə 9 görüş keçirilib.

Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Polşanın “Lex” klubunu qəbul edib. Səfərdə rəqibinə 0:1 hesabı ilə ilə uduzan “köhlən atlar” 5:1 hesablı qələbə qazanaraq mərhələ adlayıb.

Bundan əlavə, cavab qarşılaşmalarından sonra HIK (Finlandiya)“Jalgiris” (Litva), “Şkupi” (Şimali Makedoniya), “Şerif” (Moldova), “Düdelanj” (Lüksemburq), “Şemrok Rovers” (İrlandiya), “Lüdoqorets” (Bolqarıstan) və “Malmö” (İsveç) II təsnifat mərhələsinə vəsiqə qazanıb.

“Şkupi” növbəti raundda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasına rəqib olub.

UEFA Çempionlar Liqası

Cavab oyunları

RFŞ (Latviya) – HIK (Finlandiya) – 2:1 (pen:4:5)

Qol: Artürs Zjuzins, 48. Stefan Paniç, 57 – Murilo, 75

İlk oyun – 0:1

“Jalgiris” (Litva) – “Balkani” (Kosovo) – 0:0 (Əlavə vaxtda 1:0)

Qol: Mathias Kehinde, 97

İlk oyun – 1:1

“Qarabağ” (Azərbaycan) – “Lex” (Polşa) – 5:1

Qol: Kadi Borges, 14. 74 Filip Ozobiç, 42. Kevin Medina, 56. Abbas Hüseynov, 77 – Kristoffer Velde, 1

İlk oyun – 0:1

“Linkoln” (Cəbəllütariq) – “Şkupi” (Şimali Makedoniya) – 2:0

Qol: Juanfri, 32Lee Casciaro, 69

İlk oyun – 0:3

“Şerif” (Moldova) – “Zrinski” (Bosniya və Herseqovina) – 1:0

Qol: İqor Saviç, 22 (Avtoqol)

İlk oyun – 0:0

“Tirana” (Albaniya) – “Düdelanj” (Lüksemburq) – 1:2

Qollar: Redon Xhixha, 78 – Filip Boyiç, 50. Deyvid Sinani, 61

İlk oyun – 0:1

“Hibernians” (Malta) – “Şemrok Rovers” (İrlandiya) – 0:0

İlk oyun – 0:3

“Sutyeska” (Monteneqro) – “Lüdoqorets” (Bolqarıstan) – 0:1

Qol: Pieros Soteriou, 53

İlk oyun – 0:2

“Vikinqur” (İslandiya) – “Malmö” (İsveç) – 3:3

Qollar: Karl Gunnarsson, 15. 74 Nikolay Hansen, 56. – Veljko Birmançeviç, 34. Feliks Beijmo, 45. Anders Kristiansen, 47

İlk oyun – 2:3.