Çempionlar Liqası: “Real” evdə, “Yuventus” səfərdə uduzubbackend

Çempionlar Liqası: “Real” evdə, “Yuventus” səfərdə uduzub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

TİA.AZ-ın məlumatına görə, son oyun günündə daha iki matç keçirilib.

“Real” Madriddə “Mançester Siti”ni qəbul edib. İlk yarısı qolsuz başa çatan ikinci hissədə meydan sahibləri hesabı açsalar da, İngiltərə təmsilçisi əzmkar qələbə qazanıb. “Kral klubu” matçın sonlarında qırmızı vərəqə alan Serxio Ramosu da itirib.

Digər qarşılaşmanın taleyini meydan sahiblərinin bir qolu həll edib. “Lion” evdə “Yuventus”a qalib gəlib. İtaliya təmsilçisi ilk yarıda buraxdığı topun əvəzini çıxa bilməyib.

Qeyd edək ki, bu cütlərdə cavab oyunları martın 17-də keçiriləcək.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar
26 fevral

00:00. “Lion” (Fransa) – “Yuventus” (İtaliya) – 1:0
Qol: Tusar, 31
Baş hakim: Xesus Xil Manzano (İspaniya)
“Park Olimpik Lion”

00:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 1:2
Qollar: İsko, 60 – Jezus, 78, De Breyne, 83 (pen.)
Baş hakim: Daniele Orsato (İtaliya)
Madrid. “Santyaqo Bernabeu” stadionu