Çempionlar Liqası: Qrup mərhələsi başlayırbackend

Çempionlar Liqası: Qrup mərhələsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.
TİA.AZ xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş baş tutacaq.
Günün ilk matçları F və G qruplarında keçiriləcək. İngiltərənin “Mançester Yunayted” klubu İsveçrədə “Yanq Boyz”un qonağı olacaq. “Sevilya” isə İspaniyada Avstriya “Zaltsburq”unu sınağa çəkəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Gecənin ən maraqlı qarşılaşması, heç şübhəsiz, E qrupunda olacaq. İspaniya “Barselona”sı evdə Almaniyanın “Bavariya” klubu ilə üz-üzə gələcək. Bu qrupun digər oyununda Portuqaliya “Benfika”sı Ukraynada Kiyev “Dinamo”su ilə münasibətlərinə aydınlıq gətirəcək.
Turnirin son qalibi olan İngiltərənin “Çelsi” komandası H qrupundakı ilk sınağına Londonda çıxacaq. “Zadəganlar” Rusiya təmsilçisi “Zenit”lə qarşılaşacaq. Bu qrupda keçiriləcək digər görüşdə isə İsveçin “Malmö” və İtaliyanın “Yuventus” klubları üz-üzə gələcəklər.
Çempionlar Liqası
Qrup mərhələsi, I tur
14 sentyabr
E qrupu
23:00. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)
23:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Benfika” (Portuqaliya)
F qrupu
20:45. “Yanq Boyz” (İsveçrə) – “Mançester Yunayted” (İngiltərə)
23:00. “Vilyarreal” (İspaniya) – “Atalanta” (İtaliya),
G qrupu
20:45. “Sevilya” (İspaniya) – “Zaltsburq” (Avstriya)
23:00. “Lill” (Fransa) – “Volfsburq” (Almaniya)
H qrupu
23:00. “Çelsi” (İngiltərə) – “Zenit” (Rusiya)
23:00. “Malmö” (İsveç) – “Yuventus” (İtaliya)
Qeyd edək ki, ilk turun digər 8 oyunu sentyabrın 15-də keçiriləcək.