Çempionlar Liqası: “Qarabağ” bu gün cavab oyununa çıxacaqbackend

Çempionlar Liqası: “Qarabağ” bu gün cavab oyununa çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxacaq.

TİA.AZ-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Polşa “Lex”ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü ingiltərəli FIFA referisi Endryu Medli idarə edəcək.

Oyun öncəsi Ağdam klubunun heyətində hər hansı itki yoxdur. Qonaqlardan isə polşalı müdafiəçi Bartoş Salamon zədə səbəbindən matçı buraxacaq.

“Köhlən atlar” Poznandakı ilk qarşılaşmada rəqibinə minimal hesabla uduzub – 0:1.

Çempionlar Liqası, I təsnifat mərhələsi

Cavab oyunu

12 iyul

20:00. “Qarabağ” – “Lex” (Polşa)

Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper (hamısı İngiltərə)

İlk oyun – 0:1

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə qarşılaşacaq. Uduzan komanda isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu ilə üz-üzə gələcək.