Çempionlar Liqası: “Qalatsaray” xal itirdi, “Real” böyükhesabla uduzdubackend

Çempionlar Liqası: “Qalatsaray” xal itirdi, “Real” böyükhesabla uduzdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çempionlar Liqasının qrup mərhələsində I turun digər oyunları keçirilib.
TİA.AZ xəbər verir ki, ikinci oyun günündə 4 qrupda 8 qarşılaşma baş tutub.
“Qalatasaray” Belçikada “Brügge” ilə üz-üzə gəlib. Oyunda hesab açılmayıb. A qrupunun digər matçında PSJ “Real”ı darmadağın edib – 3:0.
B qrupunun iddialı komandalarından “Bavariya” “Srvena Zvezda” 3:0 hesabı ilə yenib. “Tottenhem” isə səfərdə “Olimpiakos”la “sülh”ə razılaşıb – 2:2.
C qrupunda “Mançester Siti” səfərdə “Şaxtyor”a 3:0, Zaqreb “Dinamo”su evdə “Atalanta”ya 4:0 hesabı ilə qalib gəlib.
Nəhayət, D qrupunda “Yuventus” “Atletiko”nun qonağı olub. Turin klubu 2:0 hesabı ilə önə keçsə də, görüş bərabəliklə bitib – 2:2. Moskva “Lokomotiv”i isə evdə “Bayer”yə 1:2 hesabı ilə uduzub.
Çempionlar Liqası
Qrup mərhələsi
I tur, 18 sentyabr
A Qrupu
Brügge (Belçika) – Qalatasaray (Türkiyə) 0:0
PSJ (Fransa) – Real Madrid (İspaniya) 3:0
Qollar: Angel Di Maria, 14; 33. Thomas Meunyer, 90+1.
B qrupu
Olimpiakos (Yunanıstan) – Tottenhem (İngiltərə) 2:2
Qollar: Daniel Podenke, 44. Matyu Valbuena, 54-pen – Harri Keyn, 26. Lukas, 30.
Bavariya (Almaniya) – Srvena Zvezda (Serbiya) 3:0
Qol: Kinqsli Koman, 34. Robert Levandovski, 80. Tomas Müller, 90+1.
C qrupu
Dinamo (Zaqreb, Xorvatiya) – Atalanta (İtaliya) 4:0
Qollar: Marin Leovaç, 10. Mislav Orsiç, 31; 42; 68.
Şaxtyor (Donetsk, Ukrayna) – Mançester Siti (İngiltərə) 0:3
Qollar: Riyad Mahrez, 24. İlkay Gündoğan, 38. Qabriel Xesus, 76.
D qrupu
Atletiko (Madrid, İspaniya) – Yuventus (İtaliya) 2:2
Qollar: Stefan Saviç, 70. Ektor Herrera, 90 – Xuan Quadrado, 48. Blayse Matuidi, 65.
Lokomotiv (Moskva) – Bayer (Leverkuzen, Almaniya) 1:2
Qollar: Benedikt Hovedes, 25 (avtoqol) – Qreqor Kriçovyak, 16. Dmitri Barinov, 37.