Çempionlar Liqası: İki klub pley-offa vəsiqəni təmin etdibackend

Çempionlar Liqası: İki klub pley-offa vəsiqəni təmin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün  Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start verilib
TİA.AZ xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında görüşlər keçirilib.
E qrupunda “Barselona” Kiyev “Dinamo”suna 1:0 hesabı ilə qalib gəlib. Lider “Bavariya” isə “Benfika”nı 5:2 hesabı ilə məğlub edərək pley-offa vəsiqəni vaxtından əvvəl təmin edib.
F qrupunda”Mançester Yunayted” “Atalanta” ilə heç-heçə edib – 2:2. “Vilyarreal” isə “Yanq Boyz”a 2:0 hesabı ilə qalib gəlib
G qrupunda “Volfsburq” “Zalsburq” a, “Sevilya” “Lill”ə  1:2 hesabı ilə uduzublar.
H qrupunda “Malmö” “Çelsi”yə 0:1 hesabı ilə məğlub olub. “Yuventus” isə “Zenit”i qəbul edib. Turin klubu 4:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqəni təmin edib.
Qeyd edək ki, 4-cü turun digər 8 oyunu noyabrın 3-ü keçiriləcək.
E qrupu
00:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Barselona” (İspaniya) – 0:1
Qol: Ansu Fati, 70
00:00. “Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya) – 5:2
Qollar: Robert Levandovski, 26, 61, 84, Serj Qnabri, 32, Leroy Sane, 49 – Morato, 38, Darvin Nunyes, 76
Xal durumu: “Bavariya” – 12, “Barselona” – 6, “Benfika” – 4, “Dinamo” – 1.
F qrupu
00:00. “Vilyarreal” (İspaniya) – “Yanq Boyz” (İsveçrə) – 2:0
Qollar: Etyen Kapu, 36, Arno Qruneveld, 89
00:00. “Atalanta” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə) – 2:2
Qollar: Yosip İliçiç, 12, Duvan Sapata, 56 – Kriştiano Ronaldo, 45+1, 90+1
Xal durumu: “Mançester Yunayted” – 7,  “Vilyarreal” – 7, “Atalanta” – 5, “Yanq Boyz” – 3.
G qrupu
21:45. “Volfsburq” (Almaniya) – “Zalsburq” (Avstriya) – 2:1
Qollar: Bote Baku, 3, Lukas Nmeça, 60 – Maksimilian Vöber, 30
00:00. “Sevilya” (İspaniya) – “Lill” (Fransa) – 1:2
Qollar: Lukas Okampos, 15 – Conatan Devid, 43-pen, Conatan İkone, 51
Xal durumu: “Zalsburq” – 7, “Lill” – 5, “Volfsburq” – 5, “Sevilya” – 3.
H qrupu
21:45. “Malmö” (İsveç) – “Çelsi” (İngiltərə) – 0:1
Qol: Hakim Ziyeş, 56
00:00. “Yuventus” (İtaliya) – “Zenit” (Rusiya) – 4:2
Qollar: Paulo Dibala, 11, 58-pen, Federiko Kyeza, 74, Alvaro Morata, 82 – Leonardo Bonuççi, 26-avtoqol, Sərdar Azmun, 90+2
Xal durumu: “Yuventus” – 12, “Çelsi” – 9, “Zenit” – 3, “Malmö” – 0.