Çempionlar Liqası: Daha 6 klub növbəti mərhələyə yüksəlibbackend

Çempionlar Liqası: Daha 6 klub növbəti mərhələyə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub.

TİA.AZ-ın məlumatına görə, ikinci oyun günündə 6 görüş keçirilib.

“Ferentsvaroş” Macarıstanda Qazaxıstan “Tobol”unu darmadağın edərək, növbəti mərhələyə yüksəlib.

Slovakiyanın “Slovan” (Bratislava) klubu Gürcüstanda “Dinamo” (Batumi) klubuna əlavə vaxtda qalib gələrək, bu turnirdə yoluna davam edib.

Çempionlar Liqasında II təsnifat mərhələsinə Norveçin “Budye Qlimt”, Sloveniyanın “Maribor”, Şimali İrlandiyanın “Linfild” və Ermənistanın “Pünik” komandaları da yüksəlib.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunları

21:00. “Dinamo” (Batumi, Gürcüstan) – “Slovan” (Bratislava, Slovakiya) – 1:2 (ƏLAVƏ VAXTDA)

Qollar: Zuriko Davitaşvili, 104 – Tiqran Barseqyan, 115. Vladimir Vayss, 120+3

İlk oyun – 0:0

21:00. “Klaksvik” (Farer adaları) – “Budyo Qlimt” (Norveç) – 3:1

Qollar: Mads Mikkelsen, 12. Andreasen, Yakub Andreasen, 20; 85 – Viktor Bonifase, 55 (pen.)

İlk oyun – 0:3

21:00. “Şaxtyor” (Soliqorsk, Belarus) – “Maribor” (Sloveniya) – 0:2

Qollar: Roko Baturina, 12; 56

İlk oyun – 0:0

22:00. “Ferentsvaroş” (Macarıstan) – “Tobol” (Qazaxıstan) – 5:1

Qollar: Adama Traore, 4; 17. Aissa Laiduni, 21. Forçun Bessi, 74; 90+1 – İqor Sergeyev, 23

Qırmızı vərəqə: Serikjan Mujikov, 78 (“Tobol”)

İlk oyun – 0:0

22:30. ÇFR (Rumıniya) – “Pünik” (Ermənistan) – 2:2 (ƏLAVƏ VAXT – 1:1, PENALTİLƏRLƏ – 3:4)

Qollar: Bismark Acey-Boatenq, 6. Klaudiu Petrila, 94 – Zoran Qayiç, 89; 119

İstifadə olunmamış penalti: Ovanes Arutyunyan, 109 (“Pünik”)

İlk oyun – 0:0

22:45. “Linfild” (Şimali İrlandiya) – TNS (Uels) – 2:0 (ƏLAVƏ VAXT – 1:0)

Qollar: Ceymi Malqryu, 90+4. Etan Devayn, 95

İlk oyun – 0:1.