Çempionlar Liqası: “Bavariya”dan darmadağın, “Barselona”dan heç-heçəbackend

Çempionlar Liqası: “Bavariya”dan darmadağın, “Barselona”dan heç-heçə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 ilk oyunu keçirilib.

TİA.AZ-ın məlumatına görə, qarşılaşmalar yenə İtaliya və İngiltərədə təşkil olunub.
“Napoli” İspaniya “Barselona”sı ilə görüşdə qələbəyə yaxın olub. 30-cu dəqiqədə Napoli komandası Dris Mertensin qolu ilə önə keçib. Lakin 57-ci dəqiqədə Antuan Qrizmann bərabərlik qolunu vurub. Beləliklə, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 89-cu dəqiqədə Arturo Vidal ardıcıl iki sarı vərəqə alaraq, “Barsa”nı azlıqda qoyub.
Avropa Liqasının son qalibi “Çelsi” isə Almaniya “Bavariya”sı ilə görüşdə darmadağın olub. İlk yarıda hesab açılmasa da, 51-ci və 54-cü dəqiqələrdə Serj Qnabri “dubl” edib. 76-cı dəqiqədə isə Robert Levandovski yekun nəticəni müəyyənləşdirib – 3:0. Üstəlik, 83-cü dəqiqədə Markos Alonso qırmızı vərəqə alaraq, “Çelsi”ni azlıqda qoyub.
Bu komandalar arasında cavab görüşləri martın 18-də keçiriləcək.
Qeyd edək ki, daha əvvəl “Tottenhem” İngiltərədə Almaniya “Leyptsiq”inə 0:1 hesabı ilə uduzub, “Atalanta” isə İtaliyada İspaniyada “Valensiya”sını darmadağın edib – 4:1. Bundan başqa, “Atletiko” İspaniyada İngiltərə “Liverpul”una 1:0, Almaniyanın “Borussiya” (Dortmund) komandası Fransa PSJ-sinə 2:1 hesabı ilə qalib gəlib. Fevralın 26-da İspaniyada “Real Madrid” İngiltərənin “Mançester Siti” komandasını, “Lion” isə Fransada İtaliya “Yuventus”unu qəbul edəcək.