Tribuna İnformasiya Agentliyi

Çempionatda daha 3 oyun: zəiflər güclülərə qarşı

18 İyun

Panama “papaq altında yatan oğlanlar” olduğunu sübut etməlidir; İsveç vaxtilə bugünkü rəqiblərin  qapısından 12 cavabsız top keçirib

Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatı yavaş-yavaş öz axarına düşür. Bu gün Almaniyanın da daxil olduğu F qrupunda ikinci qarşılaşma baş tutacaq. Saat 16:00-da İsveç millisi Cənubi Koreya ilə qarşılaşacaq. Saat 19:00-da isə G qrupunda Belçika-Panama oyununun start fiti veriləcək. Saat 22:00-da isə bu qrupun digər oyunu-Tunis və İngiltərə qarşılaşması başlayacaq.

İsveç ilk qələbəsini qazana  bilər

İsveç millisi Cənubi Koreya ilə 5-ci dəfədir ki, qarşılaşacaq. Millilər  İlk dəfə 1948-ci ildə Olimpiya Oyunlarında qarşılaşıblar və…İsveç rəqibin qapısından 12 cavabsız top keçirib. 1996-cı ildə Seulda keçirilən yoldaşlıq görüşündə də Cənubi Koreya 2 top fərqi ilə məğlub olub. 2005-ci ildə komandalar arasında iki yoldaşlıq görüşü olub. Hər iki görüşdə də tərəflər sülhə razılaşıb.

İsveç Cənubi Koreya DÇ 2018 ile ilgili görsel sonucu

İsveç milli komandası 12-ci dəfədir ki, mundialda  gücünü sınayacaq. Dünya çempionatlarında təcrübəli komanda hesab olunsa da, ən ciddi uğuru ötən əsrdə – 1958-ci il mundialında ikincilik olub. İsveç millisinin heyətində İngiltərə, Almaniya, Fransa klublarında oynayan futbolçulardan təşkil olunub.

İsveç Cənubi Koreya DÇ 2018 ile ilgili görsel sonucu

Koreya ardıcıl 7-ci dəfədir ki, mundialda iştiak edəcəklər. 2002-ci ildə öz ölkələrində keçirilən mundialda yarımfinaladək irəliləsələr də, bundan o yana keçə bilməyiblər. Bu dəfə də proqnozlar nikbin deyil, cənubluların qrup mərhələsində evə dönəcəkləri deyilir. Komandanın ulduz futbolçusu Son Xin Mindir.  O  “Tottenhem”in şərəfini qoruyur.

Belçika Panamanı “yerə soxa bilər”

Belçika millisi ilk dəfədir ki, Panama yığması ilə qarşılaşacaq. Çünki Panama tarixində ilk dəfədir ki, mundialda iştirak edir. Panama KONKAKAF zonasından 4-cü vəsiqəni əldə etmiş komandadır. 2014-cü ilin fevralından milli komandaya Ernan Dario Qomes rəhbərlik edir. Qomes uğurlu məşqçi sayılır. Belə ki, o, 1998-ci ildə Kolumbiya millisinin, 2002-ci ildə isə Ekvadorun adını  mundial tarixinə yazdıra bilib.

Panama DÇ 2018 ile ilgili görsel sonucu

Milli komandada Belçikanın heyətindəki kimi ulduz yoxdur. Futbolçuların əksəriyyəti ABŞ liqasındakı klublarda oynayır. Yalnız  Xose Lus Rodrigesin adını çəkmək olar ki, o da Belçikanın ortabab klubu olan “Gent”də oynayır. Heyətdən olan hücumçulardan biri- İsmael Dias isə “Deportivo”nun oyunçusudur.

Seçmə mərhələdə  Belçika millisi Yunanıstan, Bosniya, Estoniya, Kipr və Cəbəllütariklə bir qrupda mübarizə aparıb.  “Qırmızı ilbizlər” qrup mərhələsində 9 oyunda meydanlardan qalib ayrıldılar. Yalnız öz meydanlarında yunanlarla oyunda heç-heçə etdilər. Rəqib qapılardan 43 top keçirən Belçika cəmi 6 top buraxdılar. Nəticədə 30 mümkün xaldan 28-ini aktivlərinə yazdırdılar.  Roberto Martines 2016-cı ilin avqustunda Mark Vilmotsdan boşalan baş məşqçi postuna təyinat alıb. Belçika milisi çempionat ərəfəsi keçirdiyi yoldaşlıq görüşlərinin yalnız birində heç-heçə edib, qalan 3 oyunda rəqiblərinə qalib gəlib.

Belçikanın heyətində Tobi Alderveyreld, Yan Vertongen, Musa Dembele (hər üçü “Tottenhem”), Vensan Kompani (“Mançester Siti”),  Tomas Vermalen (“Barselona”);

Mişi Batşuayi (“Borussiya”), Eden Azar (“Çelsi”), Romelu Lukaku (“Mançester Yunayted”) kimi tanınmış futbolçular yer alır. Belçika millisinin heyətinin əksəriyyəti  İngiltərə Primyer Liqasının oyunçularıdır. Bu isə özü-özlüyündə hər şeyi deyir. Belçika qələbəyə çox iddialıdır, Panamaya ilk mundial tarixində ilk oyunda bu cür rəqiblə nə edə biləcək, çox maraqlıdır. Panama “papaq altında yatan oğlanlar” olduğunu sübut etməlidir. Nə qədər çətin olsa da…

İngiltərə  DÇ 2018 ile ilgili görsel sonucu

İngiltərə üçün asan rəqib

İngiltərə və Tunis yığması buna qədər iki dəfə qarşı-qarşıya gəliblər. İlk dəfə 1990-cı ildə yoldaşlıq görüşündə matç  1:1 bitrib. 1998-ci il mundialında isə bu iki komanda bir qrupda yer alırdı. Həmin görüşdə isə ingilislər 2:0 hesabı ilə qalib gəliblər.

Tunis sonuncu dəfə  2006-cı ildə dünya birinciliyinə qatıla bilib. Seçmə mərhələdə 6  oyundan 14 xal toplamaqla mundiala vəsiqəni təmin edib. Nabil Maalul 2017-ci ilin aprel ayında yığmaya baş məşqçi təyin olunub. Maalulun rəhbərliyi altında Tunis hələ məğlubiyyət acısı dadmayıb. Heyətdə  Dilan Bronn (“Gent”),  Yoan Benaluan (“Lester Siti”) və Bassem Srarfi (“Nitsa”) daha təcrübəlidir.

Tunis DÇ 2018 ile ilgili görsel sonucu

İngilislər seçmə mərhələdə Şotlandiya, Slovakiya, Sloveniya, Litva və Malta ilə bir qrupda yer alırdı. İngilislər 8 oyunda qalibiyyəti bayram etdilər. Yalnız Şotlandiya və Sloveniya ilə oyunda  heç-heçə etdilər. Qrup mərhələsində komanda məhsuldar oldu. Rəqib qapısından 18 top buraxan ingilislər yalnız 3 dəfə qapılarında top gördülər. Birinci yeri asanlıqla tutan komanda Rusiyaya vəsiqəni təmin etdi.

2016-cı ilin sentyabrından yığmaya Qaret Sautqeyt  rəhbərlik edir. O, 2013-2016-cı illərdə İngiltərənin 21 yaşadək futbolçulardan ibarət millisini çalışdırıb.

İngilislərin heyəti Tunis yığmasından iki dəfə güclü hesab oluna bilər.  Trent Aleksandr-Arnold (“Liverpul”), Qari Kehill (“Çelsi”), Kayl Uolker, Con Stounz (hər ikisi “Mançester Siti”),  Fil Cons, Eşli Yanq (hər ikisi “Mançester Yunayted”), Markus Reşford (“Mançester Yunayted”), Denni Uelbek (“Arsenal”), Harri Keyn (“Tottenhem”) və daha kimlər…

Tunisə qibtə etmək olmur, ilk oyunda belə rəqiblə qarşılaşmaq  çətindir.