Tribuna İnformasiya Agentliyi

Cəmiyyətdə tanınan insanlar hamıya örnək olmağa çalışmalıdır- millət vəkili

05 Avqust

Hər gün ağır avtomobil qəzaları, ölüm xəbərləri insanı dəhşətə gətirir.  Hər gün ağır avtomobil qəzaları, ölüm xəbərləri insanı dəhşətə gətirir. 

Ötən gün Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəza, bu gün Daşkəsəndə, Tovuzda və bir sıra bölgələrdə. Son ayların hadisələri bir daha göstərir ki, bizdə özəlliklə gənclər arasında avtomobil idarə etmə ilə bağlı peşəkarlıqla yanaşı, məsuliyyət hissi də aşağıdır. 

TİA.AZ xəbər verir ki, bunu millət vəkili Qənirı Paşayeva bildirib. Onun sözlərinə görə, sürətlə avtomobil idarə etmək, diqqətsizlik, başqalarının həyatına qarşı məsuliyyət hissinin zəif olması ciddi faktorlardandır: “Nəticədə günahsız insanlar kimlərinsə dəhşətli xətalarının qurbanına çevrilir. Qanunlar hamımız üçündür. Yol qaydaları da hamımız üçündür. Varlı üçün ayrı, kasıb üçün ayrı qanunlar, qaydalar yoxdur.
Eyn zamanda bəzi məsələlərə yanaşmamızı dəyişməliyik. Yadımdadır bir neçə il əvvəl yeni avtomobil alan bir qohumuma hər zaman kəməri tax dediyimdə “Qənirə xanım o qədər adam taxmır ki” deyə cavab vermişdi. Təxminən 15-20 dəqiqə ona kəmərin taxılmasının ilk növbədə məhz onun üçün, onun təhlükəsizliyi üçün və hamımızın təhlükəsiliyimiz üçün lazım olduğunu izah etməyə çalışmışdım və ondan sonra hər dəfə məni görəndə “hər zaman kəməri taxıram” deyirdi. Yol hərəkəti qaydalarına toplum olaraq əməl etmək təkcə özümüzün deyil hamımızın təhlükəsizliyimiz üçün çox vacibdir. Özəlliklə cəmiyyətdə tanınan insanlar buna daha çox əməl etməlidir ki başqalarına da yaxşı örnək olsun. Biz hamımız yaxşı örnək olmaq üçün çalışmalıyıq. Pis örnək olmaq üçün deyil…”