access_time Dərc olunub: 15:50
Toyda inanılmaz RƏZALƏT: bəy gəlini... - FOTO

Çində toy günü bəyi polis saxlayıb. Buna səbəb bəyin qız tərəfini və toy adamlarını aldatmasıdır.


Oğlan toya 200 nəfər pulla tutulmuş adam gətirərək özünün qohum-əqrəbası, yaxın dostları kimi təqdim edib. Amma qız evinin təsadüfən bu adamlardan bir neçəsindən bəyin uşaqlığı haqqında soruşması məsələni qəlizləşdirib. Adamlar suallara çaş-baş cavab veriblər. İş belə olduqda qorxuya düşmüş qız evi polis çağırıb. Məlum olub ki, oğlan öz kasıb, cahil qohum-əqrəbasından utandığı üçün kənardan müəllimlər və tələbələrdən ibarət "ordu” tutub. Onların arasında həkim və alimlər də var. Araya bir-iki taksi sürücüsü, fəhlə də qatıb ki, rəngarənglik olsun. 


Guya bunlar həyatda öz yerini tapmamış, amma uşaqlıqda yaxşı dost olduğu insanlardır, mövqelərindən asılı olmayaraq onları da öz şad günündə görmək istəyib. 

Ümumiyyətlə, Çində qəribə toy hadisələri çox baş verir. Bu ilin martında gəlin toy günü aradan çıxan bəyi elə həmin gün tapıb küçə boyu sürümüşdü. Polislər əsəbindən çıldırmış gəlinin əlindən bəyi güclə almışdılar./publika.az

Şərhlər