access_time Dərc olunub: 10:14
Astroloji proqnoz - 28 aprel

Qoç - imkan və resurslarınızı olduğundan artıq saymayın. Bəyəndiyiniz, yaxud da sizdə rəğbət hissi oyadan insanları ideallaşdırmayın. Yeni münasibət və ya tanışlığı təxirə salın. İllüziyalardan nə qədər tez qurtulsanız, bir o qədər yaxşıdır.



Buğa - gün ərzində böyük uğurlar və yaxşılığa doğru ciddi dəyişikliklər olmayacaq. Bununla belə, ağır problemlər də yaranmayacaq.

Əkizlər - əsla tələskənliyə yol verməyin. Maliyyə məsələlərində ehtiyatlı olun. Yalnız inandığınız, etibarlı insanlarla sövdələşin, danışın, müqavilə bağlayın.

Xərçəng - işlə bağlı tapşırıq və məşğələlərin öhdəsindən asanlıqla gəlin. Fəqət, tələsməyin: nə qədər çox iş görsəniz, bir o qədər yeni işlə bağlı tapşırıqlar alacaqsınız.

Şir - yaxınlarınızla münasibətlərdə həssas və diqqətli olun, onların maraq və niyyətlərini öyrənməyə çalışın. Çoxdan bəri davam edən fikir ayrılıqları və qarşıdurmaları çözün. Münasibətləri sərinləşdirən məqamlar arxada qalsın.

Qız - işlər üçün çox sərfəli gündür. Məhsuldar çalışın, vaxtınızı dürüst bölün, situasiyanın tələb etdiyi məqamları prioritetə döndərin.

Tərəzi - uğuru çox gözləməyəcəksiniz. Sonradan sizə nəinki müttəfiq, hətta dost olacaq insanlarla əməkdaşlıq başlaya bilər. Günün ikinci yarısı həmkarlar və rəhbərliklə ünsiyyət üçün əlverişlidir.

Əqrəb - şəxsi münasibətlər zəminində problemlər yarana bilər. Sizə yaxın insanlarla dil tapmaqda çətinlik çəkəcəksiniz. Yeni tanışlıqlar məsləhətli deyil.

Oxatan - hadisələr uğurlu və əlverişli məcrada inkişaf edəcək. Çox iş görə biləcəksiniz. Enerjili, nikbin olun. Yeni tanışlıqlar formalaşdırın, nüfuzlu insanda xoş təəssürat yaradın.

Oğlaq - aktiv istirahət, səfər, səyahət, əyləncə üçün sərfəli vaxtdır. Axşam saatlarında dostlarla görüş və ya romantik qarşılaşma ola bilər.

Dolça - günün ilk yarısı anlaşma, sövdələşmə, razılaşma və alış-veriş üçün uğurlu gün deyil. Ciddi maliyyə itkiləri təhlükəsi var.

Balıqlar - yaxşı gündür. Neqativ təmayüllərin təsiri minimuma enəcək. Yalnız səhər saatlarında müəyyən çətinliklər hiss edə bilərsiniz.

Oxsar xəbərlər

access_time 11:11 Astroloji proqnoz - 5 yanvar

access_time 09:56 Astroloji proqnoz - 24 dekabr

access_time 09:44 Astroloji proqnoz - 16 dekabr

access_time 09:30 Astroloji proqnoz - 12 dekabr

access_time 10:24 Astroloji proqnoz - 8 dekabr

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort