access_time Dərc olunub: 15:50
Ruhani idarədən seks limiti

Qazaxıstan Müsəlmanları İttifaqı və Mərkəzi Asiyada İnsan Hüquqları Müsəlman Komitəsi öz tövsiyələrini Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin düzgün cinsi həyat barədə qadağalarına əlavə etmək qərarına gəlib.


Publika.az xarici mediaya istinadən xəbər verir ki, təşkilatların təkliflərində hansı sürətlə cinsi əlaqədə olmağın qaydası yer alıb.

Həmçinin göstərilir ki, cinsi orqanlardan necə istifadə etmək olmaz. Qazaxıstan Müsəlmanları İttifaqı və Mərkəzi Asiyada İnsan Hüquqları Müsəlman Komitəsinin bəyanatında deyilir ki, kişi cinsi orqanı ticarət predmeti ola bilməz. Eyni zamanda qadınlara öz cinsi orqanından “mücrü, tələ, seyf və ya pul kisəsi” kimi istifadə etməyi qadağan ediblər.

Seks zamanı ər-arvada vibrator, transformator, stimulyator, stabilizator və başqa qurğulardan istifadə etmək tövsiyə edilmir.

Bundan başqa, sənədin müəllifləri cinsi əlaqənin sürəti üzərində dayanıblar. Onların fikrincə, sürət onların məskunlaşdığı məntəqədə 3 m/san-ı, kənarda isə 5 m/san-ı ötməməlidir. Sürətin məhz necə ölçmək lazım olduğu dəqiqləşmir.

Qeyd etək ki, Qazaxıstan Müsəlmanları İttifaqının başçısı Murad Telibekov qalmaqallı bəyanatlarla tez-tez gündəmə gəlir. O, daha əvvəllər 80 yaşına çatmış bütün prezidentlərini edam etməyi, görkəmli şəxsiyyətlər üçün Ayda panteon tikməyi, seksə verginin tətbiq olunmasını və vətəndaşların cinsi həyatının izlənilməsi üçün xüsusi “seks polisi”nin yaradılmasını təklif edib.

Təşkilat ötən ilin avqustunda isə Böyük Britaniyanın keçmiş baş naziri Devid Kamerona cəlbedici təklif edib: Qazaxıstanın sultanı və şəxsi hərəm. Amma ingilis siyasətçinin qarşısına qoyulan şərtlər var idi. O, qazax dilini öyrənməli və sünnət olunmalı idi.


TİA.AZ

Şərhlər