access_time Dərc olunub: 16:32
Polis sevgilisi ilə qaçan qız özünü niyə öldürüb? (FOTO)

Bir neçə gün öncə valideynləri tərəfindən zorla ərə verildiyi üçün intihar etdiyi deyilən 22 yaşlı qızın ölümü ilə bağlı detallar məlum olub.
Məlumata görə, 1995-cü il təvəllüdlü Xalidə Vəliyeva noyabrın 12-də paytaxtın Qara Qarayev prosektindəki 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib.
"Qaynarinfo"nun məlumatına görə, mərhum X.Vəliyevanın anası Validə Vəliyeva Qafqazinfo.az-a açıqlamasında bildirib ki, qızının onlar tərəfindən zorla ərə verilməsi yalandır: "Qızım Xalidə noyabrın 12-də Quliyev Balakişi Eldəniz oğlu ilə qaçıb. Onlar birlikdə Balakişinin "Mercedes” markalı avtomobili ilə Şamaxıdan Bakıya gediblər. Qızım həmin gün saat 11:11-də mənə "SMS” yazaraq "Dadaş”la qaçdığını, şəxsiyyət vəsiqəsini də özü ilə götürdüyünü yazmışdı. Oğlanın ləqəbi "Dadaş”dır.
Həmin gün də saat 16:45-də ölüm xəbəri gəldi. Qızım demişdi ki, öz razılığı ilə Balakişi ilə gedib və nikah bağlayacaqlar. Burada başqa bir söhbət olmayıb”.
V.Vəliyeva qeyd edib ki, qızını qaçıran 1983-cü il təvəllüdlü B.Quliyev əslən Şamaxıdan olsa da, Bakının Nizami Rayon Polis Şöbəsində işləyir: "Hadisədən sonra onun da izahatı alınıb, buraxılıb. Nə Balakişi, nə də ailəsi bizə gəlib. Hadisə də necə olub bilmirik. Yalandan mətbuata məlumat ötürülüb ki, guya biz qızımızı zorla ərə vermişik deyə intihar edib”.
V.Vəliyeva bildirib ki, B.Quliyevlə qızı məktəbdən tanış olublar: "Mən Şamaxıda müəllim işləyirəm, Balakişiyə də dərs demişəm. Çoxdandır bir-birilərini istəyirdilər”.
 

Şərhlər