access_time Dərc olunub: 12:54
Cinayət yolu ilə əldə edilən pul və əmlaka sərəncam verənlər həbs olunacaq

Prezidentin təklifi ilə Cinayət Məcəlləsinin 194-cü (Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə) maddəsinin 1-ci bəndinə əlavə edilməsi nəzərdə tutulur


APA-nın xəbərinə görə, layihəyə əsasən qabaqcadan vəd etmədən, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə əməlinə 3 ilədək azadlığın məhdudlaşdırılması cəzası da tətbiq olunacaq.
 
Mövcud sanksiyaya görə isə bu əmələ görə yalnız 3 000 manata qədər miqdarda cərimə tətbiq edilir. Yeni cəzada mövcud cərimə cəzası qüvvədə qalır.
 
Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort