access_time Dərc olunub: 15:45
“Qalatasaray” Azərbaycan millisinin üzvünü transfer etdi

17 yaşlılardan ibarət milli komandamızın üzvü Mutlu Aksu Doğan karyerasını "Qalatasaray"da davam etdirəcək.


TİA.AZ  “Qafqazinfo”ya istinadən xəbər verir ki, İstanbul nəhəngi 17 yaşlı yarımmüdafiəçini transfer edib.

Bu keçidə görə "sarı-qırmızılar" millimizin üzvünün klubu "Altınordu"ya təzminat ödəməyib. Əgər istedadlı futbolçu "Qalatasaray"dan başqa kluba transfer olarsa, məbləğın 50 faizi İzmir klubuna ödəyəcək.

Gənc yarımmüdafiəçi ilk olaraq "cim bom"un U-21 komandasının heyətində çıxış edəcək. Qış fasiləsindən sonra  isə o, əsas komanda əsas komanda ilə məşq edəcək.

Qeyd edək ki, Mutlu Aksu Doğan 2016-cı ildə 17 yaşlılardan ibarət milli komandamızın heyətində Avropa çempionatının seçmə mərhələsində iştirak edib.

Şərhlər