access_time Dərc olunub: 14:01
HƏR İL 7 MİLYON 500 MİN QIZ UŞAQ YAŞDA ƏRƏ VERİLİR

11 Oktyabr Dünya Qız Uşaqları Günüdür. TİA.AZ xəbər verir ki, bu  günlə bağlı Berlində  “Save the Children” Uşaq təşkilatının dəstək verdiyi araşdırmanın nəticələri açıqlanıb. Araşdırma üşaq yaşda ərə verilən qızlar barədə olub. Məlum olub ki, hər il dünyada  7 milyon 500 min qız uşağı qanundankənar şəkildə ərə verilir. Nəticələrə əsasən bu daha çox Orta və CƏnubi Afrika ölkələrində baş verir.Bu ölkələrdə hər il 1 milyon 700 min qız uşaq yaşlarında ailə qurmağa məcbur edilir. Araşdırmanın nəticəsini ictimaiyyətə açıqlayan “Save the Children” təşkilatının Almaniya üzrə rəhbəri Başkanı Susanne Krüger bu haqda açıqlamasında bildirib ki, bu uşaqlar evlilik zamanı şiddət və istismara məruz qalır. O, qeyd edib ki, bu cür qızlar təhsil almaq və özünüinkişaf etdirə bilmək imkanını itirir:"Uşaq yaşında evliliklər qurulduğu müddətcə, heç bir qız öğlan uşaqları ilə bərabər hüquqlara malik olmayacaq." Araşdırmadan o da bəlli olub ki,  azyaşlıların nikahının qarşısını almaq üçün 9 ölkədə nikah yaşı artırılıb.

NÜŞABƏ
TİA.AZ

Şərhlər