access_time Dərc olunub: 12:45
"Maşın" realiti şou başladı: İştirakçıları siz də tanıyın

Tamaşaçıların çoxdan gözlədiyi möhtəşəm "Maşın” realiti şou "Xanımlar və cənablar” start götürdü.
TİA.AZ-ın məlumatına görə, "M Group Production” təşkilatçılığı ilə yayımlanan şounun ötən gün ATV telekanalında ilk buraxılışı baş tutdu.
"Nissan Altima" maşınının ətrafına 18 ulduz iştirakçı toplaşdı. Həmin iştirakçıları təqdim edirik.
Nazim Faytonçu, aparıcı Vüsalə Kərimova, aparıcı İlqar Mikayıloğlu, müğənni Xatun Əliyeva, meyxanaçı Vüqar Əbdülov, aktrisa Tünzalə Əliyeva, aktyor İlkin Misgərli, jurnalist Ulviyyə Alovlu, müğənni Rauf Əhmədov, müğənni Samirə Yusifqızı, müğənni Talıb Tale, müğənni Günel Ələkbərova, müğənni Vüqar Muradov, aparıcı Zemfira Adıgözəlova, repçi Elşad Xose, aparıcı Vüsalə Əlizadə, aktyor Arif Quliyev, aktrisa Mehriban Xanlarova.
Şounu həmişəki kimi Azərbaycanın əməkdar artisti Murad Dadaşov aparacaq. Tamaşaçılar 8 oktyabrdan etibarən ATV kanalında hər gün canlı olaraq saat 22:15-dən etibarən həyəcan dolu efiri izləyə biləcəklər.

Şərhlər