access_time Dərc olunub: 10:13
Şəhid polkovnikin xanımına vəzifə verildi

Bakının Nərimanov rayonunun 45 saylı məktəbinə yeni direktor təyinatı olub.
 
TİA.AZ  "Qafqazinfo”-ya istinadən  xəbər verir ki, Təhsil nazirinin əmri ilə bu vəzifəyə Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi olmuş, Akademiyanın elmi işçisi Nəcibə Axundova təyin olunub.
 
N. Axundova həmçinin, 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır.
 
Qeyd edək ki, 45 saylı məktəbin əvvəlki direktoru Nazilə Məmmədova bir müddət əvvəl Abşeron rayonu Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
 

Şərhlər