access_time Dərc olunub: 11:24
Dələduzluğun yeni növü – soyunub maşının altında uzanır

Çinin Çjetsyan əyalətinin sakini soyunub və park vəziyyətində olan “Mercedes” maşının təkəri altına uzanıb.

 

Bununla o, maşın sahibindən kompensasiya tələb etməyi planlaşdırırmış. Məlum olub ki, 31 yaşlı kişi sürücüdən pul almaq üçün yol polisini də işə cəlb edib. Şahidlərin sözlərinə görə, çinli kişi yolun ortasında soyunub və yerə uzanıb. Həmin vaxt maşın stop vəziyyətində olub. Amma kişi qəsdən elə uzanıb ki, guya onu maşın vurub. Maşının sahibəsi maşınına qayıdanda polis çağırıb. Hadisə yerinə gələn polislər bildiriblər ki, kişi bu hadisədən qısa müddət öncə türmədən çıxıb. Onu bənzər hərəkətinə görə həbs ediblərmiş. Dələduzu bu hərəkətinə görə necə cəzalandıracaqları bəlli deyil.

Şərhlər