access_time Dərc olunub: 08:52
13 yaşlı oğlan milyonçu oldu

13 yaşlı ingilis rəssam Kieron Uilyamson çəkdiyi rəsmlərlə milyonçu olub.


Kult.az xəbər verir ki, rəsmləri ilə fransız rəssam Klod Moneni xatırladan Kieron bu günə qədər 2,5 milyon funt sterlinq qazanıb.

Onun cümə günü keçiriləcək sərgisində 19 əsərinin 300 min funt sterlinqə satılması gözlənilir.

Qeyd edək ki, 5 yaşından rəssamlıqla məşğul olmağa başlayan Kieron ilk sərgisini 6 yaşında keçirib. Həmin sərgidə gənc rəssamın 19 əsəri 14 min funt sterlinqə satılıb.

Şərhlər