“Çelsi” tarixində ikinci dəfə UEFA Super Kubokunu qazanıbbackend

“Çelsi” tarixində ikinci dəfə UEFA Super Kubokunu qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali İrlandiyanın paytaxtı Belfastda UEFA Super Kuboku uğrunda oyun keçirilib.

İngiltərənin “Çelsi” və İspaniyanın “Vilyarreal” klubları “Uindzor Park” stadionunda üz-üzə gəlib. Qarşılaşmanı rusiyalı FIFA referisi Sergey Karasyov idarə edib.

Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 27-ci dəqiqədə “zadəganlar”dan Hakim Ziyeşin qoluna 73-cü dəqiqədə “sarı sualtı qayıq”dan Jerar Moreno cavab verib. Əlavə vaxtda bu hesab dəyişmədiyindən, penaltilər seriyasına müraciət olunub. Bu zaman daha dəqiq olan “Çelsi” 6:5 hesabı ilə qalib gələrək, tarixində ikinci dəfə UEFA Super Kubokunu qazanıb. “Zadəganlar” ilk dəfə bu titula 1998-ci ildə İspaniyanın digər təmsilçisi “Real Madrid” üzərində 1:0 hesablı qələbə sayəsində nail olublar.

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasının, “Vilyarreal” isə Avropa Liqasının son qalibi kimi Superkubok matçında oynamaq hüququ qazanıb. La Liqa təmsilçisi “Qarabağ”ın da yer aldığı I qrupunu lider kimi tamamlayıb.

Koronavirus pandemiyası səbəbindən stadiona ümumi azarkeş tutumunun 70 faizi qədər – 13 000 tamaşaçı buraxılıb.

İndiyədək bu titula ən çox İspaniya “Barselona”sı ilə İtaliya “Milan”ı sahib çıxıb. Hər iki komanda 5 dəfə qələbə sevinci yaşayıb. Son 12 Superkubok görüşünün 9-da İspaniya təmsilçiləri qalib gəlib. Bunlar “Barselona” (2009, 2011, 2015), “Atletiko” (2010, 2012, 2018) və “Real Madrid”dir (2014, 2016, 2017). Ümumilikdə isə titula 12 ölkədən 25 fərqli komanda yiyələnib.

UEFA Super Kuboku

11 avqust

23:00. “Çelsi” (İngiltərə) – “Vilyarreal” (İspaniya) – 1:1 (ƏLAVƏ VAXT – 0:0, PENALTİLƏRLƏ – 6:5)

Qollar: Hakim Ziyeş, 27 – Jerar Moreno, 73

Penaltilər:

Kay Haverts (0:0)

Jerar Moreno (0:1)

Sesar Aspilikueta (1:1)

Aissa Mandi (1:1)

Markos Alonso (2:1)

Pervis Estupinan (2:2)

Meyson Maunt (3:2)

Moyses Qomes (3:3)

Jorjinyo (4:3)

Dani Paba (4:4)

Kristian Pulişiç (5:4)

Xuan Foyt (5:5)

Antonio Rüdiger (6:5)

Raul Albiol (6:5)

Baş hakim: Sergey Karasyov (Rusiya)

Belfast. “Uindzor Park” stadionu.