“Çelsi” “Real”ı məğlub edib finala çıxdıbackend

“Çelsi” “Real”ı məğlub edib finala çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində daha bir cavab qarşılaşması keçirilib.

TİA.AZ xəbər verir ki, İngiltərədə İspaniya “Real Madrid”ini 2:0 hesabı ilə məğlub edən “Çelsi” finala vəsiqə qazanıb.

Matçda ilk qolu 28-ci dəqiqədə Timo Verner vurub. Son nöqtəni isə 85-ci dəqiqədə Meyson Maunt qoyub. Bu komandalar arasında Madriddəki ilk görüş heç-heçə başa çatmışdı – 1:1.

Qeyd edək ki, “Çelsi”nin finaldakı rəqibi İngiltərənin digər klubu “Mançester Siti” olacaq. Həlledici qarşılaşma mayın 29-da Türkiyənin İstanbul şəhərində oynanılacaq.