“Çelsi” Çempionlar Liqasının ikiqat qalibi oldu-VİDEObackend

“Çelsi” Çempionlar Liqasının ikiqat qalibi oldu-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.
 İngiltərənin “Çelsi” komandası tarixində ikinci dəfə Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatına yiyələnib.
“Zadəganlar” finalda “Mançester Siti” üzərində 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 42-ci dəqiqədə Kay Haverts vurub.
Beləliklə, “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasını əldə etmə şansını qaçırıb. “Çelsi” isə 9 ildən sonra yenidən Çempionlar Liqasının qalibi olub. London təmsilçisi həmçinin 2019-cu ildə Bakıda Avropa Liqasını qazanıb.
Komandalar oyunu itkilərlə başa vurublar. “Çelsi”dən braziliyalı müdafiəçi Tyaqo Silva 37-ci, “Mançester Siti”dən isə belçikalı yarımmüdafiəçi Kevin De Brüyne zədələnərək, əvəzlənməli olub.