Cəlilabadın başçısı uşaq bağçasında karantini belə pozdu – Fotobackend

Cəlilabadın başçısı uşaq bağçasında karantini belə pozdu – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabada yeni icra başçısı təyin olunan Rafiq Cəlilov artıq siftəsini başlayıb. TİA. AZ xəbər verir ki, icra başçısı uşaq bağçasına gedərək pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə, bağçalarda təmizlik və dezinfeksiya işlərinin aparılmasının, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinin, ərzaqların keyfiyyətinə diqqətin artırılmasının vacibliyini qeyd edib. Amma icra başçısı Rafiq Cəlilov verdiyi tapşırıqları elə yerindəcə özü pozub. Belə ki, müavinləri ilə bağçaya gedən icra başçısı ayaqqabı ilə uşaqların oyun, yemək və yataq otaqlarına daxil olub. Hətta uşaqların gəzdiyi xalçanın üzərinə də ayaqqabı ilə çıxıb. Tanınmış folklorşünas, şəhid qardaşı olan Elyar İslamoğlu bildirib ki, mədəniyyət bazarda satılmır:” Dəfələrlə şəhid ailəsinin evinə də ayaqqabı ilə daxil olan məmurlar sərt şəkildə tənqid edilib”.

TİA. AZ