Cəlilabadda kişi ailəsinin gözü qabağında güllələndi – ANBAAN VİDEObackend

Cəlilabadda kişi ailəsinin gözü qabağında güllələndi – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Martın 29-u 13:00 radələrində Cəlilabad rayonu, Hacı Cavad kənd sakini 1952-ci il təvəllüdlü Əmirov Sabir Xankişi oğluna odlu silahdan açılan atəşlə bədən xəsarətinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

TİA.AZ Baku TV-yə istinadən xəbər verir ki, bu barədə Cəlilabad rayon Prokurorluğu məlumat yayıb.

Məlum olub ki, 1968-ci il təvəllüdlü Məmmədov Rahib Adış oğlu həmkəndlisinə şəxsi münasibətlər zəminində ov tüfəngindən atəş açıb.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1968-ci il təvəllüdlü Məmmədov Rahib Adış oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Sabir Əmirovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Rahib Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.