Tribuna İnformasiya Agentliyi

Cəlilabadda güclü partlayış: ölən var

14 Dekabr

Cəlilabad rayon sakini faciəli şəkildə ölüb. 

Cəlilabad rayon sakini faciəli şəkildə ölüb.

Cəlilabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 12-də rayonun Azərbaycan prospektində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Evin hamamında qaz sızmasından partlayış baş verib.

Nəticədə yanğın meydana gəlib və hamamda çimən ev sahibi, 1943-cü il təvəllüdlü Balaxan Mirzəyev yanıb. Dərhal Rayon Mərkəzi Xəstəxanasına, oradan da Respublika Yanıq Mərkəzinə gətirilən B.Mirzəyev bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.