Cəlilabadda ara küçələrə giriş-çıxış bağlandı (SƏBƏB/VİDEO)backend

Cəlilabadda ara küçələrə giriş-çıxış bağlandı (SƏBƏB/VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Cəlilabadda Səttarxan küçəsinin 12 döngəsinin Heydər Əliyev prospektinə çıxışı bağlanıb. Küçə sakinləri evlərinə getmək üçün iki-üç kilometr əlavə yol qət etməli olurlar. Bəs ara yolların bağlanmsına səbəb nədir?
Əsas prospekt təmir olunarkən ara küçələrə giriş-çıxış bağlanıb. Bura Cəlilabad rayon mərkəzində Səttarxan küçəsidir.
Küçə sakinləri iddia edirlər ki, yeni Ələt-Astara magistral yolu istifadəyə veriləndən sonra Səttarxan küçəsinin 12 döngəsinin Heydər Əliyev prospektinə çıxışı bağlanıb.
Vətəndaşlar deyirlər ki, əvvəllər bu döngələrin hər birinin  Heydər Əliyev prospektinə çıxışı olub. Sonradan bu çıxışlar bağlanıb. Onlar prospektdən təxminən 50 metr məsafədə yerləşən evlərinə bir neçə kilometr əlavə yol gedərək çatırlar.
Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirdilər ki, bu addım piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə atılıb. Heydər Əliyev prospekti  avtomobillərin intensiv hərəkət etdiyi yol olduğundan və prospekt yeni Ələt-Astara magistralına çıxdığından Səttarxan küçəsinin bütün döngələri bağlanıb. Yalnız alternativ yolu olmayan döngələrin çıxışları açıq saxlanıb.