backend

Cəlil Cavanşir : “Başıma bir iş gəlsə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əslində, bu barədə yazmaq istəmirdim, sadəcə, məsələ kifayət qədər ciddi olduğu üçün narahatlığımı sizlərlə də bölüşmək istəyirəm. Xüsusilə bu ərəfədə həyatımla bağlı nələrinsə ictimailəşməsi ürəyimcə deyil.  

Əslində, bu barədə yazmaq istəmirdim, sadəcə, məsələ kifayət qədər ciddi olduğu üçün narahatlığımı sizlərlə də bölüşmək istəyirəm. Xüsusilə bu ərəfədə həyatımla bağlı nələrinsə ictimailəşməsi ürəyimcə deyil. 

Təxminən 15 gündür ki, sosial şəbəkələrdən, konkret, İnstaqram və Feysbukdan təhqir, təhdid və şantaj mesajları alıram. Əsasən, gecə saatlarında gizli nömrədən zənglər gəlir. Zəng edənlər bəzən kişi, bəzən qadın olur. Asta səslə danışırlar. Adətən ya birbaşa söyürlər, ya tanıdığım şəxslərlə, doğmalarımla bağlı iyrənc ifadələr işlədirlər.

TİA.AZ xəbər verir ki, bu sözləri yazıçı, şair Cəlil Cavanşir son vaxtlar təhdid olunması ilə bağlı Feysbuk səhifəsində yazıb. Şair onu təhdid edənlərə xəbərdarlıq edib:

“Sosial şəbəkələrdə adətən profilimi ələ keçirmək cəhdləri hiss edirəm. Göndərilən spamlar gah səs yazısı, gah da hansısa link olur. Ötən həftə keçmiş həyat yoldaşıma da gizli nömrədən zəng edib övladlarımla bağlı təhdid ediblər. Bu, artıq çox ciddi məsələdir. Bu adam və ya adamlar kimdirsə, harada, hansı məkanda kimlərlə olduğumu bilirlər. Çünki yazılan mesajlarda, edilən zənglərdə bunu hiss etdirirlər. Bu gün isə konkret olaraq izlənildiyimi hiss etdim. Daha doğrusu, eyni vaxtda həm izlənilirdim, həm də Feysbukdan şantaj və təhqir dolu mesaj alırdım.

Xülasə!

Bununla bağlı polisə şikayət edə bilərəm. Amma hələ tələsmirəm. Mənim heç kəslə problemim yoxdur, heç kəsin toyuğuna kış deməmişəm. Amma müqəddəs adam da deyiləm. Bəlkə bilmədən, fərqində olmadan kiminsə, kimlərinsə qəlbini qırmışam. Kiminsə mənimlə problemi varsa, açıq nömrədən zəng etsin, harda istəsəniz, görüşməyə, narahatlığınıza aydınlıq gətirməyə, səhvim varsa, cavab verməyə hazıram. Əgər varsa, düşmənim də mərd olsun istəyirəm.

Yox, əgər bu, sadəcə, qısqanclıq zəminində, məni sevməməkdən irəli gələn bir şeydirsə, yenə anlayaram. Bunu edən adamı da başa düşərəm. Daha sivil yolla hər şeyi həll etmək mümkündür. Problemi polislə həll etmək istəmirəm.

Amma əgər başıma xoşagəlməz bir hadisə gələrsə və yaxud övladlarımla bağlı azacıq da olsa təhlükə hiss edərəmsə, polisə şikayət etməyə məcbur olacağam”.