Ceki Çan Çin Kommunist Partiyasına üzv olmaq istəyirbackend

Ceki Çan Çin Kommunist Partiyasına üzv olmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur aktyor Ceki Çan bu yaxınlarda Pekində keçirilən forumda çıxışı zamanı Çin Kommunist Partiyasına (ÇKP) üzv olmaq istədiyini bildirib.

TİA.AZ-ın məlumatına görə, bu barədə “Global Times” xəbər verib.

“Mən partiyanın əzəmətini görürəm, o dediklərini və vəd etdiklərini 100 ildən az müddətdə, bir neçə onillikdə yerinə yetirəcəkdir”, – deyə aktyor vurğulayıb.

Aktyor partiyanın qurulmasının yüz illiyinə həsr olunmuş teatrlaşdırılmış tamaşada iştirak edib. O, partiyanın rəhbərliyi altında yaponlara qarşı döyüşən hərbçilərin şücaətindən təsirlənib.