Tribuna İnformasiya Agentliyi

Çeçenistan Putinin prezidentlik müddətini artırmağı təklif edir

09 May

Çeçenistan parlamenti yaxın vaxtlarda Rusiya Dövlət Dumasına qanun layihəsi təqdim edəcək. Layihədə dövlət başçısının ardıcıl olaraq iki dəfə deyil, üç dəfə seçilməsi təqdim olunur.

Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Çeçenistan parlamentinin spikeri Maqomed Daudov məlumat verib.

Bundan əvvəl eyni təkliflə Çeçenistan rəhbəri Ramzan Kadırov çıxış etmişdi. Onun sözlərinə görə, Vladimir Putinin alternativi yoxdur və bu səbəbdən təklif dəyərləndirilməlidir.

“Bu məsələni Çeçenistan parlamentində müzakirə etdik. Təklif edirik ki, bir şəxs ardıcıl olaraq üç dəfə prezident seçilmə imkanına malik olsun”, – Daudov deyib.