Tribuna İnformasiya Agentliyi

“Çeburaşka” obrazını yaradan yazıçı dünyasını dəyişdi

15 Avqust
Məşhur rus yazıçısı Eduard Nikolayeviç Uspenski dünyasını dəyişib.
TİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə onun qızı İrina məlumat verib. 80 yaşlı yazıçıya xərçəng diaqnozu qoyulmuşdu.
Xüsusilə uşaq yazıçısı kimi tanınan Uspenski məşhur “Çeburaşka” obrazının yaradıcısı kimi ad çıxarıb. O, həmçinin “Timsah Gena və onun dostları”, “Fedya dayı, onun iti və pişiyi” və s. əsərləri ilə də məşhur idi.