Cəbrayılda şanlı bayrağımızı general Kərim Vəliyev dalğalandırıbbackend

Cəbrayılda şanlı bayrağımızı general Kərim Vəliyev dalğalandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-dən genişmiqyaslı əks hücuma keçərək Ermənistanın işğal altında saxladığı bir çox yaşayış məntəqələrimizi, kəndlərimizi, strateji yüksəklikləri işğaldan azad edib.
Ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar Cəbrayıl rayonu istiqamətində davam edir. Bu günə qədər Cəbrayıl rayonu Cəbrayıl şəhəri və onlarla kənd işğaldan azad edilib. Ən maraqlı, qürurverici an isə ordumuzun Cəbaryıl şəhər mərkəzinə Azərbaycanımızın şanlı bayrağının sancılması oldu.
Əldə etdiyimiz məlumata görə bu istiqamətdə gedən döyüşlərə birbaşa General-leytenant, Azərbaycan Respublikası Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni laureatı Kərim Vəliyev rəhbərlik edib. Məlumata görə Cəbrayıl şəhərində şanlı bayrağımızı da məhz general Kərim Vəliyev dalğalandırıb.
Bütün Azərbaycan xalqının ürəyi əsgərlərimizlə döyünür. Arzu edirik ki, bütün azad olunacaq rayon, şəhər və kəndlərimizdə şanlı bayrağımızı qaldırasınız, CƏNAB GENERAL!!!