Cəbrayılda mülki şəxs minaya düşdübackend

Cəbrayılda mülki şəxs minaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayon sakini, 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl Rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə TİA.AZ-a rayon prokurorluğundan məlumat verilib.

Araşdırmalarla Güloğlan Mirzəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.