Cəbrayıla səyahət: Həsrəti bitmiş körpü, dağıdılmış evlər və qəbirlər-VİDEObackend

Cəbrayıla səyahət: Həsrəti bitmiş körpü, dağıdılmış evlər və qəbirlər-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni işğalından azad olunmuş rayonlara səfərlərimizi davam etdiririk.

“Report”un çəkiliş qrupu 27 il sonra azadlığına qovuşmuş Cəbrayıl rayonuna səfər edib.

Cəbrayıl rayonu deyilən zaman ağıllara ilk olaraq tarixi Xudafərin körpüsü düşür.

Bu körpü 1027-ci ildə inşa olunub. İranla Azərbaycanı birləşdirən bu tarixi körpü bir çox olaylarla yanaşı, ermənilərin 27 il öncə Cabrayılda azərbaycan türklərinə qarşı törətdikləri vəhşiliklərin də şahidi olub. İllərdir işğal altında qalan körpü hazırda öz azadlığına qovuşub.

Araz çayının sahilindən Cəbrayıl şəhərinə gedən yol boyu ermənilər tərəfindən talan edilmiş kəndlərin, qəsəbələrin, həmçinin şəhərin hər bir qarışında düşmənin mənfur xislətini görmək mümkündür. Düşmən işğal dövründə burada daş üstə daş qoymayıb. Düşmənin qəbirlər üzərində etdikləri vandalizm izləri digər işğalda olmuş ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da aydın görünür.

Ətrafda sıradan çıxarılmış avtomobillər və zirehli texnikalardan görmək olar ki, burada qızğın döyüşlər gedib və Cəbrayıl şəhərində düşmənə ağır zərbələr endirilib.

Qeyd edək ki, Cəbrayıl rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Bu il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində oktyabrın 4-də Ordumuz tərəfindən işğaldan azad olunub.

İşğal olunmuş bütün rayon və şəhərlərimizi düşmən tapdağından xilas edən şəhidlərimizə Allahdan rəhmət diləyirik.