Çaylarda daşqın olub, dolu düşüb – FAKTİKİ HAVAbackend

Çaylarda daşqın olub, dolu düşüb – FAKTİKİ HAVA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 20-si gündüzdən 21-i gündüzədək rayonlarda hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, yağan intensiv yağışla əlaqədar Kürmükçay və Əyriçayda qısamüddətli daşqın keçib, ayrı-ayrı yerlərdə dolu düşüb. Yüksək dağlıq rayonlarda Şahdağda qar yağıb, 2 sm qar örtüyü əmələ gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən TİA.AZ-a bildirilib ki, bölgələr üzrə ən çox düşən yağıntının miqdarı belə olub:

Böyük Qafqazda: Qaxda ( Sarıbaş) 94 (aylıq normanın 91 faizi), Şəkidə 56 (aylıq normanın 54 faizi), Oğuzda 42 (aylıq normanın 40 faizi), Qəbələdə 33 (aylıq normanın 27 faizi), Şəkidə (Kişçay) 29 (aylıq normanın 28 faizi), Qırızda 26 (aylıq normanın 30faizi), Şahdağ, İsmayıllıda 23 (aylıq normanın 19 faizi), Altıağacda 20 (aylıq normanın 28 faizi), Xaltan, Balakəndə 18, Şamaxıda 14, digər rayonlarda 0,6-9 mm;.
Mərkəzi-Aran rayonlarında: Kürdəmirdə 35 (aylıq normanın 92 faizi), Mingəçevirdə 13, digər rayonlarda 0,3-7 mm;
Kiçik Qafqazda: Göygöldə 22 (aylıq normanın 19 faizi), Gədəbəydə 16, Daşkəsəndə 11 mm;.
Qazax-Gəncə zonasında: Tovuz (Zəyəmçay Ağbaşlar) 24, Tovuzda (Kirən) 17, digər rayonlarda 0,7-14 mm;
Naxçıvan MR-da: Culfada (Ərəfsə) 28 (aylıq normanın 85 faizi), Ordubadda (Nurgütdə) 28 mm (aylıq normanın 66 faizi);
Lənkəran-Astara zonasında: Lerikdə 7, Biləsuvarda 2, Lənkəranda 0.7 mm;
Bakıda və Abşeron yarımadasında: Bakıda 0,4, Sumqayıtda 0,3 mm qeydə alınıb.
Dolu: Şəki-Sarıbaş HMS-nın verdiyi məlumata əsasən saat 20:15-22:00 radələrində Sarıbaşda diametri 13, İlisuda 16, Daşkəsəndə (Dəstəfurçay Qaraqollar) 9, Şəkidə 0,8 mm olan dolu düşüb.